Sentyabr 12-dən-13-ə keçən gecə erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan gizir Seyfəddin Muradov Ağstafada dəfn edilib.
"Unikal" xəbər verir ki, şəhidin nəşi doğulduğu Böyük Kəsik kəndinə gətrilib.
Onunla vida mərasimi yaşadığı evdə baş tutub.
Ermənistan ordusunun Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçu Seyfəddin Mahmud oğlu Muradov dünyaya göz açdığı Ağstafa rayonunun Böyük Kəəsik kənd qəbiristanlığında torpağa tapşırılıb.
Mərasim iştirakçıları şəhidi “Qarabağ Azərbaycandır”, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları səsləndirərək, son mənzilə yola salıblar.
Dəfn mərasimində şəhidin yaxınları, rayon rəhbərliyi, kənd sakinləri, onun müəllimləri, hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
O, şəhidlik zirvəsinə ucalanadək düşmənə layiqli müqavimət göstərib. Üçrəngi Azərbaycan bayrağı şəhid Seyfəddinin atasına təqdim edilib.
Qeyd edək ki şəhidimiz ailəli olub, onun azyaşlı bir qızı, bir oğlu var.
Şəhid S.Muradov 8 ildir ki Azərbayacan ordusunda gizir kimi işləyirmiş.