Azərbaycan Ordusunun daha bir qrup hərbçisi Türkiyədə təlimləri başa vurub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.

Təlimlər Türkiyənin Çanaqqala şəhərində yerləşən 18-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığında keçirilib. Təlimlərin sonunda mükafatlandırma mərasimi keçirilib.