Böyük Britaniyanın Avropa regionu üzrə sövlət naziri Leo Dokerti Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdə Azərbaycanın hərbi qulluqçularının həlak olmasına görə başsağlığı verib.
"Unikal" xəbər verir ki, o, başsağlığını Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı çatdırıb.
Leo Dokerti Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı yaranmış vəziyyətə görə narahatlığını ifadə edib. Hazırda atəşkəsə əməl olunmasından məmnunluğunu vurğulayıb.
Sabitliyin təmin olunacağına və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin davam edəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.