Şəmkirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Unikal"-ın məlumatına görə, hadisə Yeni Həyat kəndinin yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olun iki avtomobilin toqquşması zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə təcili tibbi yardım birqadaları  və DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov