16 yaşlı qız evində ölü tapılıb.
"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonun Sabirabad kəndində baş verib.
Kənd sakini, 2006-cı il təvəllüdlü İlkanə Fətullayevanı, yaxınları halsız vəziyyətdə aşkar ediblər. Onu dərhal rayon xəstəxanasına çatdırıblar. Xəstəxanada onun artıq öldüyü məlum olub.
Hazırda hüquq - mühafizə orqanları 16 yaşlı qızın nədən vəfat etdiyi araşdırır.