Göyçayda 14 yaşlı yeniyetmə zəhərlənərək ölüb.
"Unikal" apa-ya istinadən xəbər verir ki, rayonun Qaraxıdır kənd sakini, 2008-ci il təvəllüdlü Günəş Salikova yaşadığı evin həyətində yerləşən istixanada zərərverici həşaratlara məhv edilməsi üçün pomidor şitillərinə vurulmaq üçün şirə butulkasında olan mayeni, sərinləşdirici içki ehtimal edərək içib.
Nəticədə 14 yaşlı qız ölüb.
Faktla bağlı araşdırma aparılır.