Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.

Baş Dövlət Yol Polisi İdarəsindən "Unikal"a bildirilib ki, ölənlər "Toyota Prius" markalı avtomobilin sürücüsü Nəbiyev Anar Eldar oğlu və sərnişin Məmmədova Mahirə Mahir qızıdır.

***10:55

Bakı-Sumqayıt yoluna ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb.

Belə ki, "Tayota Prius" markalı avtomobil su daşıyan yük maşınına çırpılıb.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüb.

Anar Kəlbiyev