Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında görüş başlayıb.
"Unikal"
xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

16:51

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Nyu-Yorkda görüşəcək.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan XİN-in sözçüsü "Twitter"də yazıb.

O qeyd edib ki, görüş bu gün ABŞ tərəfinin təşəbbüsü ilə  baş tutacaq.

Görüşdə ABŞ dövlət katibi Entoni Blinken də iştirak edəcək.