Şəki rayonunun Cunut kənd sakini, 2021-ci il təvəllüdlü Verdiyev Xalid Cabir oğlunun sağ əli ətçəkən maşında qalıb.
"Unikal"ın məlumatına görə, o, valideyinləri tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb və körpənin əlini ətçəkən maşından çıxarmaq üçün xəstəxanaya Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib.
Körpənin əli xilasedicilər tərəfindən ətçəkən maşından çıxarılıb. Hazırda körpənin müalicəsi xəstəxanada davam etdirilir.
Seymur Əli