Beyləqanda intihar baş verib.
"Unikal" lent.az-a istinadən xəbər verir ki, hadisə Beyləqan şəhərində qeydə alınıb.
Naxçıvan Muxtar Respublikasının Culfa rayon sakini 25 yaşlı Şamil Quliyev kirayə yaşadığı evdə özünü asıb.
İntiharın səbəbi məlum deyil. Fakta bağlı araşdırma aparılır.