KTMT missiyasının irəli qrupu Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması üçün təkliflər hazırlayıb.
"Unikal" xəbər verir ki, bu barədə bazar ertəsi TASS-a KTMT-nin Birgə Qərargahının mətbuat xidmətindən məlumat verilib.
“Bu gün ER Müdafiə Nazirliyində KTMT-nin Ermənistandakı missiyasının qabaqcıl qrupunun işinin yekunlarına dair iclas keçirilib. Qabaqcıl qrupa rəhbərlik edən general-polkovnik Anatoli Sidorov Ermənistanın müdafiə naziri Suren Papikyana Ermənistanla Azərbaycan arasında sərhəddə müəyyən ərazilərdə vəziyyətin təhlilinin nəticələri, əsas nəticələr və müvafiq təkliflər barədə məlumat verib"
Hazırlanan təkliflər yaranmış gərginliyin azaldılmasına yönəlib.
Görüşdən sonra qabaqcıl qrup Moskvaya yola düşüb”, - məlumatda deyilir.