Buzovna qəsəbəsində evlərdən naqil və boru, restorandan qapı və pəncərə oğurlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mirməmməd Salayev müəyyən olunaraq saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.