Kür çayında 8 saylı Mingəçevir Ekologiya və Təbii Sərvətlər şöbəsinə məxsus qayığı yandıran şəxs tutulub.
"Unikal"ın əldə etdiyi məlumata görə, çayda qanunsuz balıq ovu ilə məşğul olan və hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Şaban Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq prokurorluğun təhqiqat qrupuna təhvil verilib.
Ehtiram Muradov
***
12:47
Kürdə qanunsuz balıq ovlayan şəxslər dövlət qurumunun qayığını yandırıblar.
Bu barədə "Unikal"a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə məlumat verib.
O bildirib ki, xidmət əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxs saxlanılıb:
"Brakonyer xidməti vəzifələrini yerinə yetirən əməkdaşların qanuni tələblərinə tabe olmayaraq onların olduğu qayığa yanacaq tökərək yandırıb. Hadisə nəticəsində müfəttiş Bəhruz Mustafayev yüngül yanıq xəsarətləri alıb. Hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinə məlumat verilib, polisin operativ müdaxiləsi nəticəsində təqsirkar şəxs saxlanılıb. Hazırda faktla bağlı polis şöbəsində araşdırma aparılır”.