Gənc fəal, "Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədli polis tərəfindən saxlanılıb.
"Unikal" xəbər verir ki, sosial şəbəkələrdə onun günorta saatlarında iki nəfər mülki geyimli şəxs tərəfindən maşına mindirilərək, naməlum istiqamətə aparıldığı haqda məlumat yayılıb.
Hələlik onun hansı səbəbdən saxlanıldığı məlum deyil.