“Azərbaycan ilə Ermənistan arasında həyata keçirilən prosesləri dəstəkləyərək bu fürsətin dəyərləndirilməsi üçün çox mühüm addımlar atırıq”.
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı bildirib.
Son günlər baş verən qarşıdurmalara baxmayaraq iki ölkə arasında ən qısa zamanda hərtərəfli sülhün yaranacağına əminliyini ifadə edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib:
“Azərbaycanlı qardaşlarımızın haqlarını və gələcəklərini qurmaq istiqamətində apardıqları mücadilədə daim onların yanında olmağa davam edəcəyik”.
Türkiyə Prezidenti qeyd edib ki, bölgədəki kommunikasiyaların ən qısa zamanda açılması hər kəsin maraqlarına uyğun olacaq.