Azərbaycanın Fransadakı səfirliyi Fransada yaşayan erməni fanatiklər tərəfindən Parisdəki səfirliyin binasına edilən hücumdan sonra fransa səlahiyyətli orqanlarından aşağıdakı tədbirləri görməyi tələb edir.
“Unikal” xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyinin tviter hesabında paylaşım edilib:
“Biz Fransanın səlahiyyətli orqanlarından tələb edirik:
1. 18 sentyabr 2022-ci ildə erməni radikal qruplarının hücumu ilə bağlı hərtərəfli araşdırma aparılsın;
2. Ona hüquqi qiymət verilsin;
3. Bu hücumun vurduğu ziyan aradan qaldırılsın;
4. Günahkarları məsuliyyətə cəlb etmək;
5. Qarşılıqlılıq prinsipi çərçivəsində Azərbaycan Respublikasının Parisdəki səfirliyi və mədəniyyət xidməti binası qarşısında 24/7 polisin olmasını təmin edilsin, çünki onlar bu cür əməllərin daimi təhlükəsi altındadırlar”, - deyə səfirliyin bəyanatında bildirilib