Beyləqanda evdə yanğın hadisəsi baş verib.

"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, Beyləqan rayonunda ümumi sahəsi 48 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.