Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonunun Əsgərbəyli kəndindən keçən hissəsində 1 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, xilasetmə məntəqəsindən təxminən 20 km aralı, nəzarətsiz ərazidə içərisində 1 nəfərin olduğu qayıq Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən yedəyə alınaraq sahilə çıxarılıb.