“Qarabağa qayıdışla bağlı qanunvericilik aktı hazırdır”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.
Onun sözlərinə görə, parlament və Prezident Administrasiyasının əməkdaşlığı çərçivəsində sənəd üzərində son tamamlama işləri gedir:
“Sənədi parlamentin sədri Sahibə Qafarovaya təqdim etmişəm".