İranda güclü zəlzələ baş verib. Yeraltı təkanlar Naxçıvanda da hiss olunub.
"Unikal" xəbər verir ki, zəlzələ yerli vaxtla saat 21:57-də İranın Tasuc şəhərindən 24 km qərbdə 5,4 bal gücündə qeydə alınıb. Episentrdə yeraltı təkanların gücü 7 bala çatıb.
Zəlzələ Naxçıvanda və Muxtar Respublikanın əksər ərazilərində hiss edilib. Güclü təkanlar Ermənistanın Sünik rayonunun Kapan, Sisian və Meqridə 4-5 bal, həmçinin Ararat - 2-3 bal, İrəvan və Byureqavanda 2 bal gücündə hiss olunub.