Neftçalada bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"  apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qardaşbəyli kəndi ərazisində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində bir nəfər hadisə yerində ölüb. Avtomobildə olan Salyan şəhər sakini, 1990-cı il təvəllüdlü Abbasov Şəhriyar Cavid oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.