Şəmkirdə 35 yaşlı kişi özünü yandırıb.
"Unikal" xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.
Belə ki,1987-ci il təvəllüdü Samir Mehdiyev yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, sərxoş vəziyyətdə olan S.Mehdiyev üzərinə benzin tökərək özünü yandırıb.
Faktla bağlı araşdırma aparılır.