Ötən gün rəsmi Kiyev və Moskva arasında baş tutan əsir mübadiləsində Ukrayna tərəfinə qaytarılanlar arasında azərbaycanlı da var.
"Unikal" xəbər verir ki, bu barədə dərc olunan əsirlərin siyahısından məlum olub.
Belə ki, Ukrayna Silahlı Qüvvələrinin hərbçisi, əslən azərbaycanlı Rüstəm Babayev Arif oğlu Ukraynaya qaytarılıb.
Qeyd olunub ki, 23 yaşlı R.Babayev əsirlikdən azad olunan 215 hərbçidən biridir.