Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Polad Abdullayev saxlanılaraq istintaqa cəlb edilib.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman sellofan bükümlərdə qablaşdırılmış külli miqdarda tiryək, eləcə də metamfetamin və heroin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.