Qazaxda ildırım vurması nəticəsində ölən və xəsarət alan məktəblilərin adları məlum olub.
"Unikal"ın məlumatına görə, rayonun Birinci Şıxlı kənd tam orta məktəbinin 6-cı sinif şagirdi Nuray Osmanova hadisə yerində ölüb. Onun bacısı 4-cü sinif şagirdi Ayan Osmanova və onların qohumu 5-ci sinif şagirdi Əfsanə Məmmədzadə müxtəlif bədən xəsarəti ilə Qazax Müalicə və Diaqnostika mərkəzinə yerləşdiriliblər. Əfsanə Məmmədzadəyə ambulator müayinə və müalicə tədbirləri görülərək evə buraxılıb. Ayan Osmanovanın isə reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Qeyd edək ki hadisə şagirdlər məktəbdən evə qayıdan zaman baş verib.
Tural Əhmədov
xxx
16:13
Qazaxda iki uşağı ildırım vurub.
"Unikal" apa-ya istinadən xəbər verir ki, bu gün ildırım vurması nəticəsində Qazax Müalicə Diaqnostika Mərkəzinə iki nəfər yerləşdirilib.
“2011-ci il təvəllüdlü olan zərərçəkən xəstəxanaya gətirilərkən ölü vəziyyətində olub. Digər zərərçəkən - 2012-ci il təvəllüdlü pasiyentin reanimasiya şöbəsində müalicəsinə davam edilir. Hazırda vəziyyəti orta ağırdır”, - qeyd olunub.