Rəsmi İrəvan baş nazir Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün keçiriləcəyini istisna etmir.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Hunanyan bildirib.

Praqada keçirilən tədbir zamanı Nikol Paşinyanla Rəcəb Tayyib Ərdoğan arasında görüş istisna edilmir. Eyni zamanda, hazırda belə bir görüş təsdiqlənməyib”, - deyə Hunanyan bildirib.

17:38

"İndi Praqada Avropa Siyasi Birliyinin Sammiti keçirilir. Hazırda Praqada keçiriləcək sammitdə iştirak edib-etməməyi dəyərləndiririk. Praqadakı sammitdə iştirak etsək, Paşinyan da ora gələ bilər. Deyəsən, onun ağlında “orada görüşə bilərikmi?” fikri var idi. Ola bilsin ki, onunla orada bu məsələlərlə bağlı söhbət edək".

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Amma, təbii ki, Qafqazda bu məsələlərlə bağlı bizim də müəyyən addımlarımız olacaq. Hələlik biz yalnız planlaşdırma prosesindəyik. Qardaşımız İlham Əliyevlə bu məsələləri danışacağıq və ona uyğun addımlarımızı atacağıq”, - dövlət başçısı bildirib.