Azərbaycanda məhkumlar karantin rejimləri dövründə videogörüşlər keçirə biləcək.
"Unikal" xəbər verir ki, bununla bağlı Cəzaların İcrası Məcəlləsinə dəyişiklik edilir.
Dəyişikliklə sənəd məhkumlara videogörüşlər keçirmək hüququn verilməsini, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda qısa müddətli görüşlər telefon danışıqları və videogörüşlərlə əvəz edilməsini nəzərdə tutur.