Şəkidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, şəhərin İnçə kəndində ümumi sahəsi 228 m² olan kürsülü, birmərtəbəli 6 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları yanıb. Evin qalan hissəsi və bitişik köməkçi tikili yanğından mahafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.