Bakıda işgəncəyə məruz qaldığı bildirilən qadınla bağlı video 6 ay əvvəl çəkilib.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O bildirib ki, qadının oğlu və gəlini polis bölməsinə dəvət olunub.

O, qeyd edib ki, hazırda yaşlı qadın Naxçıvanda qızının yanında yaşayır.

"Hazırda aidiyyəti üzrə polis orqanlarında araşdırma davam edir”.

***11:38

Azərbaycanda 90 yaşlı qadına işgəncə verilir.

"Unikal" xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Məlumata görə, Bakının Buzovna qəsəbəsində Şərabanu adlı 90 yaşlı qadına oğlu və gəlini evdə işgəncə verir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a bildirilib ki, məsələ araşdırılır.

Seymur Əli