Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mqer Qriqoryan və Yaqub Eyubov Moskvada görüşüblər.

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki, görüş MDB İqtisadi Şurası çərçivəsində baş tutub.

***14:48

Azərbaycan Baş nazirinin müavini Yaqub Eyyubovla Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan ayaqüstü söhbət ediblər.

"Unikal" apa-ya istinadən xəbər verir ki, Yaqub Eyyubov və Mqer Qriqoryanın söhbəti Moskvada MDB İqtisadiyyat Şurasının iclası çərçivəsində baş tutub.

MDB İqtisadiyyat Şurasının məhdud formatda keçirilən iclasından sonra fasilə zamanı Yaqub Eyyubov və Mqer Qriqoryan təxminən 4 dəqiqə ayaqüstü söhbət aparıblar.

Daha sonra Baş nazir müavinləri MDB İqtisadiyyat Şurasının geniş tərkibdə iclasında iştirak ediblər.