Rusiya prezidenti Vladimir Putin Belarusa səfər edib. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Bildirilir ki, Putin Minskdə Avrasiya İqtisadi Forumunda və Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.

Tədbirlərdə Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti  Kasım-Jomart Tokayev, Qırğızısta prezidenti Sadır Japarov və Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edəcək.