Azərbaycan Dövlət Pedaqoji Universitetinin III tədris ilinin tələbəsi Elnur Kəyan oğlu İsmayılov dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, Tarix və coğrafiya fakültəsinin Coğrafiya müəllimliyi ixtisasının tələbəsi olan Elnur bədbəxt hadisə nəticəsində vəfat edib. Belə ki, Elnuru dəniz sahilində olarkən elektrik cərəyanı vurub.