Abşeronda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, “Opel” markalı avtomobil 2005-ci il təvəllüdlü Qasımlı Elcan Şənlik oğlunu vurub.
17 yaşlı gənc aldığı xəsarətlərdən dünyasını dəyişib.
Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.