Şəmkir rayonunda avtomobil 3 piyadanı vurub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Könüllü kəndində qeydə alınıb.

“VAZ 21099” markalı minik maşını yolu qarşı tərəf keçmək istəyən 2012-ci il təvəllüdlü Mövlan Əsgərlini, 2010-cu il təvəllüdlü Samir Əliyevi və 1958-ci il təvəllüdlü Atlas Tağıyevanı vurub.

Hər 3 piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onıarın vəziyyətlərinin kafi olduğu bildirilir.

Tural Əhmədov