Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, qəza şəhərin Zülfi Hacıyev küçəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ21011" markalı avtomobil yoldan çıxaraq ağaclıq əraziyə düşüb. 

Qəza zamanı "Mercedes" markalı avtomobilə də ziyan dəyib.