Xəbər verdiyimiz kimi, Bakıda 136 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb.

"Unikal"ın məlumatına görə, hadisədən sonra sürücü Bakı Şəhər Yol Polisinə dəvət olunub.

Sürücü törətdiyi qayda pozuntusuna görə altmış manat və üç bal cərimə olunub və işdən azad edilib.

***10:27

Bakıda 136 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb.

"Unikal" xəbər verir ki, təhlükəli anı əks etdirən görüntü qarşıdan gələn avtomobilin kamerasında düşüb.

Belə ki, 90 MO 493 dövlət nömrə nişanlı avtobusun sürücüsü ötmə əməliyyatının qadağan olunduğu yerdə digər sərnişin avtobusunu ötüb, qarşıdan gələn minik avtomobili ilə toqquşmadan son anda qurtulub.