Lənkəran rayonunda 18 yaşlı hamilə gəlin itkin düşüb.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev "Unikal"a bildirib ki, rayonun Velədi kənd sakini, 2004-cü il təvəllüdlü Lamiyə Valeh qızı Məmmədova 8 gün öncə yaşadığı evdən çıxaraq, geri qayıtmayıb. Onun tapılması istiqamətində müvafiq axtarış tədbirləri aparılır.
Məlumata görə, gənc qadın hamilədir.