Yevlaxda iki minik maşını toqquşub, 28 yaşlı kişi dünyasını dəyişib.

"Unikal" trend-ə istinadən xəbər verir ki, ağır yol nəqliyyat hadisəsi Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində baş verib.

İki avtomobilin toqquşması nəticəsində 28 yaşlı Valeh Kərimli dünyasını dəyişib. Qəza zamanı 32 yaşlı Vidadi Nadirov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xəstəxanaya çatdırılıb. Dünyasını dəyişən Ağsu rayon sakini 28 yaşlı V.Kərimli Yevlax Hərbi polisinin əməkdaşıdır.

Hadisənin baş vermə səbəbləri araşdırılır.