Qazaxda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2109" "Mercedes" və daha bir minik maşını toqquşub.

Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov