Ələtdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" apa-ya istinadən xəbər verir ki, qəza Bakı-Qazax magistralının 57-ci kilometrliyində qeydə alınıb. Belə ki, yük avtomobili “Mercedes Vito” markalı mikroavtobusa arxadan çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.