Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili motosikllə toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.