Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

"Unikal" report-a istinadən xəbər verir ki, Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində "VAZ 2107" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində iki nəfər - Mübariz Aslanov və Niyaz Rəcəbov ölüb, bir neçə nəfər yaralı isə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.