TƏBİB Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binasındakı yanğınla bağlı məlumat yayıb.
Qurumdan "Unikal"a verilən məlumata görə, yanğınla əlaqədar əraziyə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb edilib.
"Hadisə nəticəsində 23 (10-u kişi (2 uşaq), 13-i qadın (2 uşaq) olmaqla) nəfərdən 19-na yerində yardım edilib. Dörd nəfər isə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə yerləşdirilib. Onların müalicəsi davam edir", - deyə məlumatda bildirilib.