Gəncədə 36 yaşlı kişini maşın vuraraq öldürüb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin "Pasyolka " adlanan ərazisində  qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən 1986-cı il təvəllüdlü A.Aslanovu  vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov