Abşeron rayonunda yanğın hadisəsi olub.

"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, Masazır qəsəbəsində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 80 m² olan mənzilin mətbəxində 1 ədəd qaz sobası və qismən 3 p.m mebel yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.