Gədəbəydə evdə yanğın hadisəsi olub.

"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, rayonunun Söyüdlü kəndində ümumi sahəsi 38 m² olan birmərtəbəli evin 1 otağının tavanı 9 m² sahədə və bitişik, ümumi sahəsi 6 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.