Goranboyda 1 nəfərin ölümü, 3 nəfərin  xəsarət alması ilə nəticələn ağır yol qəzası baş verib.

"Unikal"-ın məlumatına görə, hadisə Goranboy-Tərtər yolunun rayon ərazindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan iki "VAZ " markalı minik maşınları toqquşub. Qəza zamanı 31 yaşlı Fərrux Orucov hadisə yerində ölüb. 34 yaşlı Zamiq Həsənov, 31 yaşlı Fəxri Novruzov və 39 yaşlı Fədai Hüsenyov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov