Qubada yol nəqliyyat hadisəsi baş verib

DİN Mətbuat xidmətinin Quba regional qrupundan "Unikal"-a verilən məlumata görə, dünən axşam saatlarında Quba rayonunda 33 yaşlı Xəyalə Mustafayevanı maşın vurub.
Qəzanı törədən Quba RPŞ-nin əməkdaşı tərəfindən yaralıya ilkin tibbi yardım göstərilməklə xəstəxanaya çatdırılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxsin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.