Xaçmaz-Xudat magistral yolunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" report-a istinadən xəbər verir ki, Xaçmazın Nərəcan kəndində "Opel" markalı avtomobilin sürücüsü idarətməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaclara çırpılıb.
Qəza zamanı sərnişinlər - 1992-ci il təvəllüdlü Günel Rafiq qızı Fərəcova, 2000-ci il təvəlludlü Milana Ceyhun qızı Axundova və 2003-cü il təvəllüdlü Aysu Ceyhun qızı Nuriyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.