Ağcabədi rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, rayonun Taynaq kəndində ümumi sahəsi 32 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, bitişik ümumi sahəsi 32 m² olan talvar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.